Xəbər lenti

Trampın növbəti prezident seçkisində yeni şüarı bəlli oldu
Dünya08:38 11.03.2018

Trampın növbəti prezident seçkisində yeni şüarı bəlli oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində şüarını açıqlayıb.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, Pensilvaniyada çıxışı zamanı növbəti prezident seçkilərində də qalib gələcəyinə inandığını diqqətə çatdıran Tramp yeni şüarının "Amerikanın möhtəşəmliyini qorumaq üçün" olacağını bildirib.
O, 2020-ci ildə Opra Vinfrey ilə rəqabət aparacağı təqdirdə qalib gələcəyini söyləyib:
"Onun zəif tərəflərini bilirəm", - deyən Tramp bildirib.
Qeyd edək ki, onun 2016-cı ildə keçirilən prezident seçkilərində şüarı "Make America Great Again" (Amerikanı yenidən möhtəşəm et) olub.