ABŞ-ın sabiq prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp amerikalı senator Lindsi Qremi Ukraynanın Şimali Atlantika Alyansına üzvlüklə bağlı bəyanatlarına görə tənqid edib.
Qaynarinfo xəbər verir ki, o, senatorun açıqlaması ilə bağlı öz mövqeyini "Twitter"də paylaşıb.
ABŞ-ın keçmiş prezidenti Donald Trampın oğlu qeyd edib ki, Ukrayna NATO-ya qəbul olunarsa, Rusiya ilə birbaşa müharibədən qorxur:
"Sizin planınız Ukraynanı NATO-ya daxil etməkdir ki, biz proksi müharibədən Rusiya Federasiyası ilə birbaşa müharibəyə keçək, amerikalı uşaqları dünyanın o biri tərəfinə ölümə göndərək?", deyə kiçik Donald Tramp yazıb.
Aydın