Xəbər lenti

Trampın qərarı göstərir ki, Avropanın hazırkı siyasəti təcili dəyişməlidir – Baş nazir
Dünya 16:46 04.03.2025

Trampın qərarı göstərir ki, Avropanın hazırkı siyasəti təcili dəyişməlidir – Baş nazir

Çexiyanın baş naziri Petr Fiala ABŞ prezidenti Donald Trampın Ukraynaya yardımı dayandırmaq qərarının, Avropanın mövcud siyasətində fundamental dəyişikliklər aparılmasının zəruriliyini göstərdiyini bəyan edib.  

Qaynarinfo xəbər verir ki, bu barədə o, X (Twitter) platformasında yazıb.  

Fiala vurğulayıb ki, bütün Avropaya təhlükə yaradan Rusiyanın aqressiv siyasəti qalib gələ bilməz.  

"Biz iqtisadi və hərbi imkanlarımızı gücləndirməli və öz təhlükəsizliyimiz üçün tam məsuliyyəti öz üzərimizə götürməliyik. Bu, müdafiə xərclərinin artırılmasını tələb edir. Öz təhlükəsizliyimizi təmin etmək həm də Ukraynaya dəstəyimizi gücləndirmək deməkdir. Biz hamımıza təhlükə yaradan Rusiyanın aqressiv siyasətinin uğur qazanmasına imkan verə bilmərik", – deyə Fiala bildirib.  

"Başqalarına fundamental beynəlxalq problemlərin həllini bizim adımızdan üzərinə götürmək dövrü bitdi. Avropa üçün sözlərdən əməli addımlara keçməyin vaxtıdır", – o əlavə edib.  

Xatırladaq ki, Tramp, Ukrayna rəhbərliyinin "sülhə doğru yaxşı niyyət göstərdiyini" görmədikcə, bütün hərbi yardımları dayandırmağı əmr edib.  

Bu qərar, həmçinin ABŞ-dan Ukrayna sərhədinə göndərilən silahları da əhatə edir.  

Digər tərəfdən, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen martın 4-də Avropa İttifaqının yenidən silahlanması və Ukraynaya dəstəklə bağlı beşmərhələli planını təqdim edib. Bu plan çərçivəsində 800 milyard avronun müdafiə xərclərinə yönəldilməsi nəzərdə tutulur.  

Sammitdən əvvəl planın detalları bütün Aİ liderlərinə göndərilib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->