Xəbər lenti

Trampın qızının və kürəkəninin sərvəti açıqlandı
Dünya07:50 01.04.2017

Trampın qızının və kürəkəninin sərvəti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ağ Ev ABŞ administrasiyası əməkdaşlarının sərvətlərini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident Trampın məsləhətçiləri olan  kürəkəni və qızının ümumi sərvəti 740 milyon dollar təşkil edib. 

Ağ Evin məlumatına görə, Kuşner Trampın məsləhətçisi seçildikdən sonra ailəsinə məxsus olan 200-dən çox müəssisənin idarəçiliyindən getsə də, əvvəlki kimi onlardan gəlir əldə etməyə davam edir. 

Xatırladaq ki, Bloombergin açıqladığı son məlumatda Tramp administrasiyası üzvlərinin ümumi sərvəti təxminən 12 milyard dollardır. Bu isə Amerika tarixinin ən zəngin administrasiyasıdır. 

Qaynar.Az