
ABŞ prezidenti Donald Trampın "twitter" hesabında yazdığı "tweet"lərin çap olunduğu tualet kağızı satışa çıxarılıb.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Trampın "tweet"lərinin çap olunduğu tualet kağızları Amazon alış-veriş saytında satışa çıxarılıb.
Prezidentin dəstəkçilərinin narazılıqla qarşıladığı kağızların qiyməti 12,95 dollardır və digər kağızlarla müqayisədə baha qiymətə satılır.
Qeyd edək ki, hadisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Gülşən
Qaynarinfo.Az
