ABŞ prezidentliyinə namizəd olan məşhur repçi Kanye Vest ilk mitinqində prezident seçiləcəyi təqdirdə ana olanlara 1 milyon dollar verəcəyini vəd edib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, tərəfdarları arasına bronjiletlə çıxan repçi namizədin saçlarını kəsdirərək, başına "2020" yazdırdığı görünüb. İrqçilikdən polis şiddətinə, aborta qədər bir çox mövzuda çıxış edən Kanye Vest ölkədə abortun ciddi problem olduğunu vurğulayıb:
"Uşaq sahibi olan hər kəs 1 milyon dollar və ya buna bərabər miqdarda pul almalıdır".
Camal