ABŞ-da 2020-ci ildə keçiriləcək prezident seçkilərində Donald Trampın rəqiblərindən ikisinin adı bəlli olub.
Qaynarinfo xarici KİV-ə istinadən xəbr verir ki, onlandan biri sabiq prezident Barak Obamanın dövründə tikinti və şəhərsalma naziri olan Culian Kastro, digəri isə keçmiş hərbçi olan Nümayəndələr Palatasının üzvü Tulsi Qabbarddır.
Kastro prezidentliyə namizədliyini Texasda çıxışı zamanı həm ingilis, həm də ispan dillərində açıqlayıb. Qabbard isə gələn həftə rəsmi olaraq namizədliyini açıqlayacağını bildirib.
Meksikalı miqrant bir qadının nəvəsi olan 44 yaşlı Kastro seçkilərdə latın əsilli tək namizəd olacaq.
Demokratların sayılıb seçilən nümayəndələrindən Massaçesets ştatının senatoru Elizabet Varren də Trampa rəqib olan namizədlər sırasındadır.