Xəbər lenti

Trampın seçki qərargahının rəhbəri həbs edildi
Dünya16:31 29.03.2016

Trampın seçki qərargahının rəhbəri həbs edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Livandovski jurnalisti döyməkdə ittiham olunur.
ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika Partiyasından olan namizəd milyarder Donald Trampın seçki qərargahının rəhbəri Kori Livandovski Florida ştatında həbs olunub.
Cupiter şəhərinin polis idarəsinin nümayəndəsi bildirib ki, siyasi konsultantı jurnalisti döyməkdə ittiham edirlər.
Hökümətin məlumatına görə, Livandovski martın 8-də Trampın seçicilərlə görüşü zamanı Mişel Filds adlı jurnalistin əlindən sərt şəkildə  tutub. 
Milyarder “Livandovskinin günahsız olması” barədə bəyanat yayıb.
“O, məhkəmənin başlanmasını gözləyir. Livandovski əmindir ki, onun üzərindən ittihamlar götürüləcək”, - Tramp qeyd edib. (oxu.az)
Qaynar.info