Xəbər lenti

Trampın sülh planının müəllifi kimdir? -
Dünya 13:54 24.11.2025

Trampın sülh planının müəllifi kimdir? - "Elə görünür ki, bunu rusca yazıblar"

Amerikalı və ukraynalı danışıq aparanlar Cenevrədə işlədiyi bir vaxtda, Vaşinqtonda və Avropada 28 bənddən ibarət sülh planının mənşəyi ətrafında qarışıqlıq artır. Getdikcə daha çox siyasətçi bəyan edir ki, sənəd Donald Tramp administrasiyasının məhsulu yox, əslində Vladimir Putinin yaxın müttəfiqi tərəfindən hazırlanmış Rusiyanın "arzular siyahısı” ola bilər.

Qaynarinfo xəbər verir ki, bunu "Sky News” yazır.

Rusların "istəklər siyahısı”, yoxsa Vaşinqtonun planı?

ABŞ-ın Ukrayna müharibəsinə dair Trampın yanaşmasını tənqid edən bir neçə senator iddia edir ki, dövlət katibi Marko Rubio onlara guya deyib: plan Moskva tərəfindəndir.

Senator Anqus Kinq bildirib ki, Rubiodan bunu eşidib: bu "administrasiyanın planı deyil”, əksinə "mahiyyətcə rusların istəklər siyahısıdır”.

Respublikaçı Mayk Raunds isə əlavə edib ki, "ilk baxışda elə görünürdü, bunu rusca yazıblar”.

Bununla belə, Rubio bunu qəti şəkildə təkzib edib və senatorların iddialarını yanlış adlandırıb. Dövlət Departamenti də sənədin Rusiya mənşəli olması versiyasını "açıq-aşkar yalan” elan edib.

Qarışıqlıq artır: rəsmilər də plandan xəbərsizdir

"Reuters” yazır ki, bəzi amerikalı rəsmilər sənədin ortaya çıxmasından təəccübləniblər. Onların sözlərinə görə, plan Rubionun əvvəllər rədd etdiyi tezisləri ehtiva edirdi və Dövlət Departamenti sənəd dərc olunana qədər onun məzmunundan xəbərsiz idi.
Bu fonda Polşanın baş naziri Donald Tusk getdikcə daha çox səslənən sualı ortaya qoyur:
"Bu planın müəllifinin kim olduğunu və harada hazırlandığını dəqiq bilmək yaxşı olardı”.

Putin müttəfiqi ilə əlaqə

"Sky News” mənbələri bildirir ki, Ağ Evin xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın müşaviri Cared Kuşner Mayamidə Vladimir Putinə yaxın olan və sanksiya altında olan rusiyalı fiqur Kiril Dmitriyev ilə görüşüblər.
Məqsəd – sülh planı üçün təkliflər üzərində işləmək. Dmitriyev 2022-ci ildən ABŞ-ın qara siyahısındadır.
Lakin Putinin keçmiş müşaviri Sergey Markov bunun əksini deyir – iddiasına görə, plan "amerikandır” və "danışıqlar üçün yaxşı əsasdır”, amma etiraf edir ki, Moskva onu müsbət qarşılayır.

Trampın, Zelenskinin və Konqresin reaksiyası

Əvvəlcə Tramp Ukraynadan planı cümə axşamına qədər qəbul etməyi tələb edirdi, lakin sonra bildirdi ki, sənəd yekun deyil.

Putin isə planı "nizamlanma üçün əsas” adlandırı.

Zelenski təmkinli cavab verib: təklifləri rədd etmir, amma "Ukraynanın maraqlarını satmayacağını” vurğulayıb.

Konqresdə isə sərt tənqid səslənir. Respublikaçı senator, Silahlı Qüvvələr Komitəsinin sədri Rodjer Uiker bəyan edib:

"Bu guya "sülh planı" əsl problemlərə malikdir və onun sülhə gətirəcəyinə çox şübhə ilə yanaşıram”.

Cenevrədə danışıqlar davam edərkən əsas sual açıq qalır:

Ukraynanın gələcəyini müəyyən edə biləcək bu planı əslində kim yazıb?

UNIAN-ın məlumatına görə, ABŞ administrasiyasının qəfildən Ukraynaya təklif etdiyi mübahisəli 28 bəndlik "sülh planı” əslində Kiyevin və müttəfiqlərin iştirakı olmadan, amerikalı və rusiyalı qeyri-rəsmi vasitəçilərin sıx əməkdaşlığı ilə formalaşdırılıb və ABŞ prezidenti Donald Tramp bundan artıq fakt olduqdan sonra xəbər tutub, ancaq siyasi qazanc ümidi ilə onu dəstəkləyib.

"Bloomberg”in məlumatına görə, bu plan Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və onun rusiyalı həmkarı Kiril Dmitriyev tərəfindən oktyabr ayında Mayamidə keçirilən görüşdə hazırlanıb. Görüşdə həmçinin Trampın kürəkəni Cared Kuşner də iştirak edib. O, Uitkoffla birlikdə İsrail–Qəzza razılaşması üzərində işləyirdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->