ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sözçüsü Con Bolton yanvarın 8-də Türkiyə səfər edəcək.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə sözçü rəsmi Twitter hesabında yazıb. O, yanvar ayında İsrail və Türkiyəyə səfər edərək, İŞİD-lə mübarizənin bir sonrakı addımlarını və bölgədəki müttəfiqlərlə qarşılıqlı təhlükəsizlik problemlərini müzakirə edəcəyini ifadə edib.
Tramp dekabrın 19-da verdiyi açıqlamada ABŞ ordusunun Suriyadan çəkiləcəyini bildirdikdən sonra iki ölkə arasında dərin diplomatik danışıqlar başlayıb.