Xəbər lenti

Trampın Ukrayna planı: Kiyev neytral olur, cəbhə xətti dondurulur...
Dünya 13:00 13.09.2024

Trampın Ukrayna planı: Kiyev neytral olur, cəbhə xətti dondurulur...

ABŞ-ın Respublikaçılar partiyasından vitse-prezidentliyə namizədi Cey Di Vens bildirib ki, prezidentliyə namizəd Donald Trampın Ukrayna ilə bağlı sülh planı cəbhə xəttinin dondurulmasını, Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini və Rusiyanın lazımi təminatları almasını nəzərdə tutur.

Qaynarinfo xəbər verir ki, Vens bu barədə "Shawn Ryan Show"a verdiyi müsahibədəsində danışıb. 

O bildirib ki, Trampın planına əsasən, "Rusiya və Ukrayna arasında mövcud demarkasiya xətti demilitarizasiya zonasına” çevrilə bilər. 

Vens əlavə edib ki, bu zona rusiyalıların yenidən işğalının qarşısını almaq üçün güclü şəkildə möhkəmləndiriləcək. "Ukrayna müstəqil suverenliyini saxlayır, Rusiya Ukraynadan neytrallıq zəmanəti alır", deyən Vens Almaniya və digər ölkələrin gələcəkdə Ukrayna ərazisinin bərpasını maliyyələşdirə biləcəyini qeyd edib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin atəşkəs şərtləri kimi Ukrayna qoşunlarının "DXR” və "LXR” ərazilərindən, Zaporojye və Xerson vilayətlərindən çıxarılması, habelə Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsini qeyd edib. Ukrayna prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının çıxarılmasını və Ukraynanın 1991-ci il sərhədlərinin bərpasını nəzərdə tutan "sülh formulu” təklif edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->