
Keçmiş ABŞ Prezidenti Donald Trampın vəkili David Şon müvəkkilinin "tam və obyektiv" mühakimə edilmək şansının olmadığını deyib, çünki ABŞ Senatındakı Demokratlar artıq hər şeyi öz xeyirlərinə həll ediblər.
Qaynarinfo xatırladır ki, Konqres impiçment məsələsinə baxacaq. Şon əmindir ki, ABŞ-da heç kim bu mövzuda ədalətli bir mühakimə olacağını gözləmir.
Eyni zamanda vəkil əmindir ki, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi və digər impiçment təşəbbüskarlarının əsl niyyəti Trampı gələcək prezident seçkilərində iştirak etmək ümidlərindən məhrum etməkdir. O, bunun 75 milyon seçicisinin üzünə vurduğu bir yumruq olduğuna inanır.
Alpər