Xəbər lenti

Trampın vəkili: “Məni aradan götürsələr, əlimdəki kompromatlar çap ediləcək”
Dünya10:55 24.11.2019

Trampın vəkili: “Məni aradan götürsələr, əlimdəki kompromatlar çap ediləcək”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Amerika lideri Donald Trampın vəkili Rudi Culiani ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin ailəsi ilə bağlı əlində ciddi kompromatların olduğunu deyib.
Qaynarinfo xəbər verir ki, Culianinin sözlərinə görə, onun əlində olan bu sənədlər "başına bir iş gələcəyi” təqdirdə çap olunacaq.
O, bir az bundan əvvəl deyib ki, Trampın zəruri hallarda onu "qurban verə biləcəyi" barədə fərziyyələrdən xəbərdardır. Ancaq Culianinin dediyinə görə, bunu ona kinayə ilə söyləyiblər.
"Mənim həyatımı sığortalayacaq bu sənədlərin seyfimdə olmasıyla bağlı bir neçə dəfə çıxış etmişəm. Bu sənədlər Bayden tutduğu dövlət vəzifəsinin sayəsində ailəsinin son 40 ildə əldə etdiyi maddi qazancla bağlıdır. Konqresdə Demokratlar Trampın Ukraynaya hərbi yardımı təxirə salmaqda və siyasi rəqibi ABŞ prezidentliyinə namizəd Co Baydenin araşdırılması üçün yardım göstərilməsini tələb etməkdə şübhəli bilirlər”.
Alpər