Xəbər lenti

Trampın vəkili sərxoş halda müsahibə verdi: Sözləri aranı qatdı
Dünya08:26 25.12.2019

Trampın vəkili sərxoş halda müsahibə verdi: Sözləri aranı qatdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Prezidenti Trampın vəkili, Nyu Yorkun keçmiş meri Rudolf V. Cilianinin "New York” jurnalına verdiyi müsahibədəki sözləri sosial mediada ciddi mübahisələr yaradıb. 
Qaynarinfo odatv-yə istinadla xəbər verir ki, müsahibənin içkili ortamda alınması media etikası baxımından mübahisə doğrub, Culianinin isə müsahibə zamanı sərxoş olduğu iddia edilib.
Culiani "New York” jurnalına eksklüziv müsahibəsində katolik olmasına baxmayaraq, soyqırımdan sağ çıxan liberal milyarder Corc Sorosdan daha çox yəhudi olduğunu iddia edib.
Culiani yəhudilərə qarşı olmadığını bildirib: 
"Mən yəhudilərə qarşı olmağımla bağlı iddiaya etiraz edirəm. Corc Soros yəhudi deyil. Mən Sorosdan daha çox yəhudiyəm. Soros kilsəyə getmir, sinaqoqa getmir. Soros bir sinaqoqa aid deyil. Bundan başqa, İsraili də dəstəkləmir. O, İsrailin düşmənidir”.
Alpər