ABŞ prezidenti Donald Trampın evli olduğu dövrdə porno aktrisa Stormi Danielslə münasibətdə olduğu iddia edilir və 2016-cı il prezidenti seçkiləri dövründə mediaya danışmaması üçün Danielsə pul ödədiyi bildirilirdi.
Qaynarinfo xəbər verir ki, bu iddia Tramp tərəfindən dəfələrlə rədd edilib. Lakin pulu vermək üçün təşkil edilən görüşə aid səs yazısının olduğu iddia olunub. Deyilənə görə, Federal Tədqiqatlar Bürosu səs yazısını axtarışlar zamanı Trampın görüşdə iştirak edən vəkili Maykl Kohenin iş otağında tapıb.
Gülşən