Xəbər lenti

Trampın yüz min ümidi puç oldu, say 130 mini keçdi
Dünya05:49 01.07.2020

Trampın yüz min ümidi puç oldu, say 130 mini keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Çərşənbə günü Bakı vaxtı ilə 04: 30-a olan məlumata görə, ABŞ-da 130122 nəfər koronavirusla əlaqəli xəstəliklərdən ölüb. 
Qaynarinfo bu haqda Worldometer portalına istinadla xəbər verir. Beləliklə, ABŞ-da xəstəlikdən ölüm nisbəti 1 milyon nəfərə 393 nəfərə çatıb.
Ümumilikdə, ölkədə pandemiya başlayandan bəri, ən vacib dünya hadisələri haqqında məlumatları izləyən portalın verdiyi məlumata görə, COVID-19 yoluxmuş 2,727,853 nəfər aşkar edilib.
May ayında ABŞ Prezidenti Donald Tramp koronavirusdan ölənlərin sayının 100 mini keçməyəcəyinə ümid etdiyini bildirmişdi.
Alpər