Şotland biznesmen Piter de Savari ABŞ prezidenti Donald Trampla bağlı növbəti iddianı irəli sürüb.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Savari 1985-ci ildə Floridada yerləşən "Palm Beach"də alacağı daşınmaz əmlak üçün Trampla görüşdüyünü deyib. Biznesmen bildirib ki, Tramp yemək zamanı telekonfrans zəngi üçün masadan ayrılıb və daha sonra şotland biznesmen onun ofisiantla cinsi əlaqəyə girdiyini görüb. Hadisə baş verən dövrdə Donald Tramp 1992-ci ildə evləndiyi həyat yoldaşı İvana ilə münasibətdə olsa da, toplantıya tək başına qatılıb.
Savari həmçinin Trampın onun ideyalarını oğurladığını qeyd edib: "Bütün planlarımı ona dedim və ortaqlıq təklifi üçün zəng eləyəndə, işi tək başına görəcəyini bildirdi".
Ülkər