
Bu gün Nifrət Qurbanı Transları (transseksuallar) Anma Günü qeyd olunur. Qaynar.info xəbər verir ki, bu gün İstanbulda ilk dəfə "trans"ların dəfiləsi keçiriləcək.
Homoseksual modaçılar tərəfindən dəfilyə bağışlanan paltarların satışından əldə olunan gəlir yarıdıma ehtiyacı olan cinsi azlıqların nümayəndələrinə xərclənəcək.
Dəfilənin təkşilatçılığını öz üzərinə götürən hicablı transseksual Öykü Ay Türkiyə mətbuatına açıqlamasında "Kimsə bizi insanlığın üz qarası adlandırmasın. Cəmiyyət arasında bizə qarşı bir yumşalma var, amma bu yetərli deyil. Biz də insanıq, bizi bu halda qəbul etməlidirlər. Pis insanlar deyilik, vicdanlıyıq. Artıq 3-cü səhifə xəbərlərinə çıxmaq istəmirik (kriminal xəbərlər). Şiddət vasitəsi olmaqdansa, əyləncə vasitəsi olaq. Hər kəs buyurub gəlsin, bizimlə tanış olsun. Bizə daş atanlara çörək və çiçək atmaq istəyirik" deyib.
Qaynar.info



















