Troyada 160 ildən artıqdır davam edən arxeoloji qazıntılar bu il də dünya elmi ədəbiyyatına düşəcək dəyərli tapıntılarla yadda qalıb.
Qayanrinfo xəbər verir ki, Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy aşkar edilən yeni tapıntıları son 100 ilin ən mühüm kəşflərindən biri kimi dəyərləndirib.
Nazirliyin "Gələcəyə miras" layihəsi çərçivəsində aparılan qazıntılarda, Troya sivilizasiyasının Erkən Tunc dövrünə (e.ə. 2500-cü illər) aid qızıldan hazırlanmış qızıl üzük broşu gün üzünə çıxarılıb. Sosial status və güc rəmzi hesab edilən bu broş eyni təbəqədə bürüncdən iynə və nadir rast gəlinən yeşim daşı da aşkar edilib.
Nazir Ersoy sosial şəbəkədə paylaşdığı açıqlamada, tapıntıların arxeologiya üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:
"Troyada 160 ildən artıqdır davam edən qazıntılar zamanı Erkən Tunc dövrünə aid qızıl üzüklü broş və olduqca nadir bir nefrit daşı aşkar edilib. Dünyada məlum olan yalnız üç nümunədən ən yaxşı şəkildə qorunan bu broş son 100 ilin ən əhəmiyyətli tapıntıları arasındadır. Troya II şəhər təbəqələrindən çıxarılan artefakt eramızdan əvvəl 2500-cü ilə aiddir. Nefrit daşı isə 4500 il əvvələ aid dəbdəbəli istehlak əşyası kimi önə çıxır. Bu nadir əsərlər tezliklə Troya Muzeyində sərgilənəcək. "Gələcəyə miras" layihəmizin bir hissəsi olaraq bu qədər titizliklə çalışan Mədəni İrs və Muzeylər Baş İdarəsinin komandalarına və əməyi keçən hər kəsə təşəkkür edirəm".
Tapılan qızıl broş tipoloji və tarixi baxımdan son əsrin ən mühüm arxeoloji nümunələri sırasına daxil edilir. Dünyada yalnız üç nümunəsi məlum olan bu tip broşun ən yaxşı qorunmuş forması Troyada aşkar edilib.
Broşun Troya II təbəqələrində tapılması, uzun müddətdir davam edən xronoloji mübahisələrə də aydınlıq gətirdi. Bu qatın e.ə. 2200–2300-cü illərə yox, dəqiq şəkildə e.ə. 2500-cü illərə aid olduğu müəyyənləşib.
Tapıntılar, arxeoloji irsin öz torpaqlarında nümayiş etdirilməsi prinsipi əsasında Troya muzeyində ziyarətçilərə açılacaq. Beləliklə, əsərlər həm elm adamlarına, həm də ictimaiyyətə birbaşa çıxarıldıqları məkanlarda işıq tutacaq.
Aydın
Şərhlər