Xəbər lenti

TSQ Malatyada
Dünya 12:08 10.03.2026

TSQ Malatyada "Patriot" hava müdafiə sistemi yerləşdirildi

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) hava məkanının qorunması məqsədilə bir "Patriot" hava və raketdən müdafiə sisteminin Malatya şəhərində yerləşdirildiyini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, nazirliyin yaydığı məlumatda bildirilir ki, Türkiyə Silahlı Qüvvələri ölkənin və vətəndaşların təhlükəsizliyini təmin etməkdə qətiyyətlidir.

Açıqlamada qeyd olunub:

"Bölgəmizdə baş verən son hadisələr fonunda sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyini təmin etmək üçün zəruri tədbirlər görülür, NATO və müttəfiqlərimizlə məsləhətləşmələr aparılır. Milli səviyyədə gördüyümüz tədbirlərə əlavə olaraq NATO tərəfindən hava və raketdən müdafiə tədbirləri artırılıb. Bu çərçivədə hava məkanımızın qorunmasına dəstək məqsədilə vəzifələndirilmiş bir "Patriot" sistemi Malatyada yerləşdirilir. Müdafiə və təhlükəsizlik potensialını ən yüksək səviyyədə qoruyan ölkəmiz NATO və müttəfiqlərimizlə əməkdaşlıq və məsləhətləşmələr çərçivəsində inkişafları qiymətləndirməyə, regional sülh və sabitlik üçün səylərini davam etdirəcək".

Qeyd edək ki, ötən gün İrandan buraxılaraq Türkiyənin hava məkanına daxil olan bir ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.

Aydın

--> -->