Xəbər lenti

Tükürpədici erkən nikahlar - FOTOLAR
Dünya13:46 01.10.2013

Tükürpədici erkən nikahlar - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu günlərdə Qəzza sektorunda baş tutmuş bir toy mərasimi bütün dünyada medianın gündəminə gəldi. Çünki bu toyda bəyin 15, gəlinin isə 14 yaşı vardı.

Bir müddət öncə isə Yəməndə 8 yaşlı qız toy gecəsi ölmüşdü. Bu barədə Küveytin “Əl-Vətən” qəzeti yazırdı. Yəmənin Səudiyyə Ərəbistanı ilə sərhəddə yerləşən Hardih bölgəsində 8 yaşındakı Rəvan adlı qız özündən 5 dəfə böyük- 40 yaşlı kişiyə ərə verilib. Gərdək gecəsi cinsi əlaqə nəticəsində qızda yaranmış qanaxma onun ölümünə səbəb olub. Hadisə sosial mediadakı ərəblərin etirazına səbəb olub. Qızla evlənən şəxsin və onu ərə verən valideynlərin cəzalandırılması tələb edilir. Yəməndə 2009-cu ildə qanuni evlənmə yaşı 17-yə qaldırılıb. Lakin sonradan bu qanunun “islam qaydalarına uyğun olmadığı” əsas gətirilərək, ləğv edilib. Hazırda bu ölkədə qızların 25 faizi 15 yaşına çatmamış evləndirilir.

Ümumiyyətlə, erkən nikahlar yoxsul Şərq ölkələrinin əsas bəlalarından biridir. Xüsusilə də 13-14, bəzən də 9-10 yaşlı qızların ərə verilməsi çox ciddi problem kimi dəyərləndirilir.

Ailem.az erkən nikahları özündə əks etdirən fotoları təqdim edir. Bu fotolar Əfqanıstanda, Yəməndə, Hindistanda və digər ölkələrdə çəkilib.

Qaynar.info