İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz"un müraciəti ilə bağlı qərarını açıqlayıb.
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, qurum UEFA Appelyasiya Orqanının qərb təmsilçisi haqqında 2 iyun tarixində verdiyi qərarı qüvvədə saxlayıb.
15 iyun tarixində verilən qərara əsasən, "Turan Tovuz" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak etməyəcək.
Beləliklə, bu qərardan sonra 2026/27 mövsümündə "Neftçi” Azərbaycanı UEFA Konfrans Liqasının 2-ci, "Zirə” isə 1-ci mərhələsində təmsil edəcək.
Şərhlər