Xəbər lenti

İdman 12:00 11.05.2026

"Turan Tovuz"un futbolçusu 100-ə çatdı - İkinci ispaniyalı

Misli Premyer Liqasının XXXI turu "Turan Tovuz"un yarımmüdafiəçisi Alexandro Serrano üçün əlamətdar olub.

Qaynarinfo Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Premyer Liqada 100-cü oyununu keçirib. Onun yubileyi "Karvan-Yevlax"la ev matçına (1:0) təsadüf edib.

Serrano bu qarşılaşmalarda 11 qola imza atıb. Premyer Liqada yalnız bir klubda çıxış edən futbolçu "Turan Tovuz"da 2023/24 mövsümündə debüt edib.

Serrano Premyer Liqada 100 və daha çox oyun keçirən ikinci ispaniyalıdır. Onadək yalnız "Qarabağ"ın sabiq futbolçusu Miçel buna nail olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->