Martın 29-da Qubada Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə keçirilən III Aqrobiznesin İnkişafı Forumunda "TuranBank" ASC mükafata layiq görülüb.
Belə ki, ölkəmizdə sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan, özəl sektorun inkişafına öz töhfəsini verən "TuranBank" "2023-cü ildə mikrokreditləşmədə rəqabətliliyin artımına ən çox töhfə verən bank” nominasiyasında mükafat qazanıb.
Artıq üçüncü ildir təşkil olunan forumun keçirilməsində əsas məqsəd ölkədə aqrobiznesin inkişafında rolu olan tərəfləri bir araya gətirməklə beynəlxalq və yerli təcrübəni, mövcud vəziyyəti, imkanları, o cümlədən aqrobiznesə maliyyə dəstəyi və dövlət güzəştlərindən daha çox fermer-sahibkarın faydalanması üçün lazım olan addımları müzakirə etməkdir.
Forumda Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxsləri, nazirliklərin tabeli qurumlarının, Mərkəzi Bankın, ölkədə fəaliyyət göstərən bankların, həmçinin yerli və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Ölkəmizdə kənd təsərrüfatının inkişafı üçün innovativ məhsullar təqdim edən və sahibkarlığın inkişafına daima dəstək göstərən "TuranBank" bundan sonra da Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və İpoteka və Kredit Zəmanət fondu ilə əməkdaşlığını aktiv şəkildə davam etdirəcək.
1992-ci ildən etibarən fəaliyyət göstərən "TuranBank" 21 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. "TuranBank"ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı
keçidə daxil olaraq əldə edə bilərsiniz.
Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, "TuranBank"ın rəsmi
veb səhifəsini və ya sosial şəbəkələrdəki (
Feysbuk,
İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
"TuranBank"
Bizimlə etibarlıdır ...
Şərhlər