Xəbər lenti

Turistlər bölgələrə getmək istəmir: "Həyat Bakıdadır"
Ekonomiks07:56 31.07.2023

Turistlər bölgələrə getmək istəmir: "Həyat Bakıdadır"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycana gələn turistlərin sayı ilə bağlı statistika açıqlanıb. 
Qaynarinfo xəbər verir ki, turistlərin böyük əksəriyyəti Bakıda qalmağa üstünlük verir. Bu ilin birinci yarısında turistlərin 84,2 faizi Bakıda, 4,0 faizi Qusarda, 3,6 faizi Naftalanda, 3,4 faizi Qəbələdə, 2,0 faizi Qubada, 0,4 faizi Gəncədə, 2,4 faizi isə digər şəhər və rayonlarda qeydə alınıb. 
Bəs, Azərbaycana gələn turistlər niyə başqa bölgələrə üz tutmur? 
İqtisadçı ekspert Xalid Kərimli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu statistikaya baxanda belə bir məsələ ortaya çıxır: 
"Birincisi, ölkədə turizm acınacaqlı vəziyyətdədir. Bakıya gələn qonaqların çoxu paytaxta işgüzar məqsədlərlə gəlirlər. İstirahətdən əlavə Bakıda işgüzar turizm də var, iş adamları daima gəlib-getməkdədir. Bu məqsədlə Bakıya daha çox turist gəlir. İkincisi, bölgəyə gedən turistlərin qeydiyyatında da probelmlər var. Turistlər qeydiyyatsız qalırlar”. 
Xalid Kərimli hesab edir ki, ümumi şəkildə ölkədə turizmin vəziyyəti həyatın Bakıda olduğunu göstərir:
"Ölkənin iqtisadiyyatı da Bakıdadır, regionlarda aktivlik çox aşağı səviyyədədir. Həm də Azərbaycanda regional turizm əsasən yayda olur”.
Bahar Rüstəmli