Öz bloqunda az tanınan turizm məkanları haqqında reportajlar yazan Lourens adlı hollandiyalı səyyah bildirib ki, Özbəkistan dünyanın ən ucuz ölkəsidir. Onun sözlərinə görə, pivənin qiyməti orta hesabla bir avro, yaxşı yaşayış isə gecəsi cəmi 15 avrodur.
Qaynarifno xəbər verir ki, qidalanma da olduqca ucuz hesab olunur: bir nəfərlik yemək 1–4 avro aralığında dəyişir.
Paytaxt Daşkənd müasir göydələnlərlə tarixi mərkəzin harmoniyasını birləşdirir. Şəhərin metro stansiyaları isə çox vaxt muzeyləri xatırladır.
Başqa bir səyahət bloqeri Militsa bildirib ki, Özbəkistana gəldikdə 80 avro dəyişdirərək yerli valyutada "milyonçuya” çevrildiyini hiss edib. Onun sözlərinə görə, taksi gedişi təxminən 1 avro, restoranlarda nahar isə 3–4 avro civarındadır.
Aşağı qiymətlərin əsas səbəbləri kimi aşağı minimum əməkhaqqı və ölkənin bir çox məhsul üzrə özünü təmin etməsi göstərilir.
Bununla belə, ekspertlər qeyd edirlər ki, Özbəkistan dünyanın ən ucuz ölkəsi deyil — Pakistan, Hindistan, Misir, Qırğızıstan və Tacikistan adətən daha aşağı xərclərlə seçilir.
Eyni zamanda, Asiya ölkələri arasında Özbəkistan təhlükəsiz istiqamətlərdən biri sayılır. Turistlərə Səmərqənd və Buxara kimi tarixi şəhərləri ziyarət etmək tövsiyə olunur, lakin Əfqanıstanla sərhəd bölgələrə səfər edərkən ehtiyatlı olmaq məsləhət görülür.
Bu ölkə aşağı qiymətlər, zəngin tarix, memarlıq və qonaqpərvərliklə turistlər üçün cəlbedici istiqamət kimi qiymətləndirilir.
Aydın
Şərhlər