Xəbər lenti

Turistlər üçün ən təhlükəsiz ölkələr açıqlandı
Dünya19:19 04.09.2019

Turistlər üçün ən təhlükəsiz ölkələr açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Turistlər üçün təhlükəsiz ölkələrin siyahısı açıqlanıb.
Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, ilk yeri Finlandiya, ikinci yeri İslandiya, üçüncü yeri isə Oman tutub. Bundan başqa, turistlər təhlükəsiz şəkildə İsveçrə, Honkonq, BƏƏ, Portuqaliya, Lüksemburq, Yeni Zelandiya, Qətər, Estoniya, Yaponiya, Avstriya, Sloveniya, İspaniya, Norveç, Çexiya, Avstraliya və Bruneyə gedə bilərlər.
Ən təhlükəli ölkələr isə Salvador, Nigeriya, Yəmən, Venesuela və Hondurasdır.
Bu göstəricilər ölkələrdəki polisə inam səviyyəsi, terror hadisələrinin sayı, cinayətlərin sayı, təcavüzlərin olub-olmaması əsasında hazırlanıb.