Xəbər lenti

Turistlərin ən çox pul xərclədiyi 10 şəhər
Dünya17:40 29.09.2017

Turistlərin ən çox pul xərclədiyi 10 şəhər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada turistlərin ən çox pul xərclədiyi 10 şəhərin adı açıqlanıb. "Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, turistlərin 2016-cı ilin yekununa görə ən çox pul xərclədikləri şəhərlər arasında Dubay lider olub.

Məlumata görə, "Mastercard"ın 132 şəhər arasında apardığı təhlillər əsasında belə bir nəticə əldə edilib. 2016-cı ildə turistlər Dubayda 28,5 mlrd. ABŞ dolları xərcləyiblər və illik artım 10% təşkil edib.

İkinci sıranı 17 mlrd. dollarla Nyu-York tutub. İllik artım burada 1,5% təşkil edib. Üçüncü sırada illik 4,6% azalma ilə London yerləşib. Bu şəhərdə turistlər 16,09 mlrd dollar xərcləyiblər.

Dördüncü sıranı 15,69 mlrd. dollarla (+0,3%) Sinqapur, ardınca 14,08 mlrd. dollarla (+10,9%) Banqkok, 12,03 mlrd. dollarla (+4,9%) Paris, 11,28 mlrd. dollarla (+3,7%) Tokio, 9,91 mlrd. dollarla (+6,9%) Taipey, 9,38 mlrd. dollarla (+1,8%) Seul və 8,9 mlrd. dollarla (+6,9%) Barselona tutub.

Qaynarinfo.Az