
Şişlidə saat 11 radələrində bayraq dirəyinə çıxaraq Türkiyə bayrağını endirən adamı görən vətəndaşlar vəziyyətə müdaxilə etmək istəyiblər.
ANS PRESS-in məlumatına görə bu zaman iş mərkəzinin qorumaları dirəyə dırmanaraq onu aşağı endiriblər. Dirəkdən güclə endirilən vətəndaş hadisə yerindən uzaqlaşdırılmaq istəyərkən, kənardan müdaxilə başlanır.
Cinayətkar yalnız qoruma qüvvələrinin linçə mane olub onu kənarlaşdırdıqdan sonra canını qurtara bilib.
Şübhəli şəxs daha sonra polisə təhvil verilib. Terror şöbəsində aparılamn dindirilmələr zamanı məlum olub ki, vətəndfaş heç bir qruplaşmanın üzvü deyil.