
Yeni tədris ilində Yunanıstan hökuməti etnik azlıqlara məxsus 60 məktəbi bağlayıb.
Qaynarinfo.Az Milliyyet-ə istinadən xəbər verir ki, Qərbi Trakya bölgəsində bağlanan məktəblərdən 9-u türkdillidir.
Digər məktəblərdə isə türkcə dərslərin saatları azaldılıb.Yunanıstan Təhsil Nazirliyi qərarı həmin məktəblərdə şagird sayının az olması ilə əlaqələndirib.
Gümülcinedəki Cəlal Bayar adına azlıqların orta məktəbi və liseyi cəmiyyətinin İdarə Heyətinin üzvü Ahmet Arif Emin təhsil ocağına son zamanlar gələn şagirdlərin sayının artdığını bildirib: "Bu il liseydə 175 yeni şagird qeydə alınıb. Bununla da məktəbdəki şagirdlərin sayı 820-yə çatıb".
Qaynarinfo.Az