Xəbər lenti

Türk diplomatı öldürənlərdən ikisi edam olunacaq
Dünya08:53 11.02.2020

Türk diplomatı öldürənlərdən ikisi edam olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İraqda türkiyəli diplomat Osman Kösə və iki iraqlının qətlə yetirilməsində təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə vəkil Birzo Said məlumat verib.
Vəkil bildirib ki, Ərbil Məhkəməsi təqsirləndirilən şəxslərdən 2-si barədə edam hökmü çıxarı.
Məhkəmə digər həbs olunan şəxslərdən birinə 1 il, yerdə qalan üç nəfərə isə 2 il azadlıqdan məhrum etmə cəzası verib.
Qeyd edək ki, türkiyəli diplomatlara hücum iyulun 17-də Ərbil restoranlarının birində baş verib. Nəticədə bir türkiyəli diplomat və 2 iraqlı həlak olub.