
"Türk-erməni protokolları türklərin ucbatından uğursuz oldu".
Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.
"Ermənistan 3-4 ildir hər şeyi edir. Bunun Ermənistan üçün böyük bir uğur olduğunu düşünürük. İki prezident imza məsələsində cəsarət göstərdilər. Ancaq bu Türkiyə tərəfindən təsdiqlənmir, bunu Qarabağ problemi ilə əlaqələndirirlər", - deyə səfir bildirib.
Səfir erməni-türk protokolları məsələsində hər hansı ön şərtin lazımsız olduğunu, ancaq Türkiyənin düşüncəsini dəyişdirib bunu Qarabağ probleminə bağlamağa başladığını qeyd edib: "Ermənistan bu 3 il ərzində əlini uzatmışdı, ancaq türklər addım atmadı".
Qaynar.info