Xəbər lenti

Türk əsilli baş nazirin qardaşı vəzifəsindən istefa verdi (SƏBƏB)
Dünya12:36 05.09.2019

Türk əsilli baş nazirin qardaşı vəzifəsindən istefa verdi (SƏBƏB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin türk əsilli Baş naziri Boris Consonun qardaşı Co Conson nazir postu və Mühafizəkarlar Partiyası millət vəkilliyindən istefa verib.
Qaynarinfo xəbər verir ki, Baş nazir Cohnsonun bir ay əvvəl təşkil etdiyi hökumətdə dövlət naziri vəzifəsinə gətirdiyi Co Conson Tvitter hesabındakı paylaşmasında həm nazirlik, həm də Mühafizəkarlar Partiyası millət vəkilliyindən istefa verdiyini açıqlayıb. 
Brexkst mövzusunda böyük qardaşının tutduğu sərt xətlə razılaşmayan Co Conson mesajında "Son həftələrdə ailə bağlılığı ilə milli mənafelər arasında sıxışıb qalmışdım. Bu, çıxış yolu olmayan bir gərginlikdir. Millət vəkili və nazir olaraq mənim rolumu başqaları öz boynuna götürməlidir”, - deyib.