Xəbər lenti

Türk general alman polkovnikini döydü
Dünya09:27 18.03.2013

Türk general alman polkovnikini döydü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin Kahramanmaraş şəhərində türk və alman hərbçiləri arasında baş verən qalmaqalla bağlı Almaniyanın "Bild" qəzeti şok iddia ortaya atıb. 

Qaynar.info-nun məlumatına görə, qəzet alman ordusunda məsələ ilə bağlı istintaq məlumatları əldə etdiyini yazıb. 

Bildirilib ki, fevralın 23-də Kahramanmaraşa səfər edən Almaniya müdafiə naziri "Patriot" raketlətrinə nəzarət edən alman heyətinə həmin ərazini nəzarətə götürməyi əmr edib. Alman əsgərləri də həmin ərazini bağlayıblar. Bu zaman ora gəlmək istəyən türk general alman əsgərləri tərəfindən saxlanılıb. Buna əsəbləşən general avtomobilindən düşərək oradakı alman polkovnikini döyüb. 

Aldığı zərbələrdən alman zabitin qabırğaları əzilib. 

Qaynar.info