Xəbər lenti

Türk hərbi təyyarələri Livana girdi - ŞOK İDDİA
Dünya12:13 15.08.2013

Türk hərbi təyyarələri Livana girdi - ŞOK İDDİA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Livanın Əl Diyar qəzeti Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 3 hərbi təyyarənin ölkənin Akar şəhəri üzərində uçuşlar həyata keçirdiyini bildirib.

Qaynar.info-nun məlumatına görə, qəzetin verdiyi xəbərdə təyyarələrin Akar şəhəri üzərində uçuşlar həyata keçirdiyi və daha sonra geri qayıtdıqları qeyd olunub. 

Şahidlər isə bu təyyarələrin Türkiyəyə məxsus olub-olmaması ilə bağlı məlumatların olmadığını söyləyiblər. 

Xəbərdə həmçinin türk təyyarələrinin bir müddət əvvəl Livanda qaçırılan türk pilotların xilası ilə bağlı aparılan əməliyyat çərçivəsində ölkəyə daxil olduqları da bildirilib. 

Qaynar.info