
Fransa və Türkiyə kəşfiyyat xidmətlərinin Suriya prezidenti Bəşər Əsəd və hakimiyyətin yüksək vəzifəli şəxslərinə qarşı sui-qəsd hazırladıqları haqqında çok iddialar ortaya atılıb.
Qaynar.info-nun məlumatına görə, Livanın "Asianews" xəbər agentliyində suriyalı Hedar Avarakeyə aid sənədlər yer alıb. Sənəddə Türkiyə və Fransanın Əsəd və ölkənin xarici işlər naziri Vəlid Müəllim haqqında sui-qəsd hazırladıqları göstərilib.
Məlumata görə, bir müddət əvvəl Əsədi devirməkdə uğursuz olan türk və fransız kəşfiyyat qurumları sui-qəsd missiyalarını yerinə yetirmək üçün birgə əməliyyat şəbəkəsi qurub. Türkiyə və Fransada bu işdə Səudiyyə Ərəbistanı, Qətər və ABŞ xüsusi xidmət orqanlarının yardım etdiyi də bildirilib.
Türkiyə və Fransanın Suriya Xarici İşlər Nazirliyi də daxil olmaqla hökumət rəsmilərini öz tərəfinə çəkməyə çalışdıqları da xəbərdə qeyd olunub.
Qaynar.info