Qaynarinfo Türkiyənin tanınmış köşə yazarı Ahmet Hakanın köşə yazısını təqdim edir:
Təşəkkürlər Bayden bəy! Daxili cəbhəni birləşdirdin
Dünəndən bəri...
Ümumi mənzərə aşağı-yuxarı belədir:
*
Fazıl Say ilə AKP Bağçılar İlçə təşkilatı... Eyni duyğuda birləşmiş durumda.
*
İqtidar tərəfdarları "Nutuk”da Atatürkün erməni olaylarından bəhs edən hissələri paylaşır... Atatürkçülər Hınçak sui-qəsdçisinə salam olsun deyən Boğaziçi Dayanışmasına həddini bildirir.
*
AKP, CHP, MHP, İYİ Partiya...
Hamısı bir nöqtədə.
*
Təqaüdçü generallar və təqaüdçü səfirlər tarixi sənədlərlə iftiranın iftira olduğunu isbat etməyə çalışır...
Kazım Qarabəkirin qızının danışdıqları hamı üçün ortaq istinad nöqtəsi olur.
*
"Hürriyet”, "Sabah”, "Cumhuriyet”, "Milliyet”, "Yeni Şafak”, "Sözcü”...
Qəzetlərin də manşeti eyni.
*
Sağçısı, solçusu, liberalı, milliyyətçisi, islamcısı, Atatürkçüsü...
Millətin üsyanı da eyni.
*
Bütün müzakirələrimizi, polemikalarımızı və mübahisələrimizi mötərizə içinə aldıq.
- Cəbhələşmə yox artıq... Tək bir cəbhə var.
- Qütbləşmə yox artıq... Tək bir qütb var.
*
Təşəkkürlər, Bayden bəy!
Heç bir güc...
Bu qədər qarışıq olan daxili cəbhəni bu qədər sürətli şəkildə bir yerə yığa bilməzdi.
Bir müddətlik olsa da...
Daxili cəbhəni birləşdirdin.
Əlinə, əməyinə sağlıq.
Daim işıq içində qal.
BİR DAHA DEYİRƏM
ERMƏNİ vətəndaşlarımız bu vətənin övladlarıdır.
*
Sözümüzdə diqqətli olaq.
Üslubumuzda diqqətli olaq.
*
Bizə edilən haqsızlığa üsyan etdiyimiz vaxt...
acıqlanıb...
erməni vətəndaşlarımızı incidəcək dil və üsluba meyil etməyək.
BERNAR LUYIS DEYIR KI: BU, TƏRTƏMİZ YALANÇILIQDIR
TARİXÇİLƏRİN atasının atası olan Bernar Luyis bu problemin cavabını axtarır:
*
"Nasistlərin törətdiyi soyqırımla ermənilərə edilənlər arasında bir paralellik varmı?”
*
Əsil məqsədi isə bu hədəfə çatmaq:
- Birinə soyqırım deyilirsə...
- O birinə də soyqırım deyilə bilərmi?
*
İndi kreslonuzda ayrı cür oturun, qəhvənizi əlinizə alın və Bernar Luyisin bu çıxışını həzm edə-edə oxuyun:
*
- YALANÇILIQ: Osmanlı İmperatorluğu zamanında törədilən erməni qətliamı faşist Almaniyasında törədilən soyqırımla bir tutulur. Bu, tərtəmiz yalançılıqdır.
*
- CƏHD: Ermənilərin başına gələn bu olaylar savaşdan uzun illər qabaq başlamış və uzun illər boyunca davam etmiş erməni silahlı hərəkatının nəticəsiydi. Bəziləri orduda xidmət edən xeyli erməni cəbhədən qaçıb Türkiyəni işgal edən Rusiya qoşunlarına qoşuldu. Hətta erməni üsyançılar işgalçılara vermək üçün Van şəhrini ələ keçirdilər. Anadolunun hər yerində partizan savaşı vardı. Yəni vəziyyət, bu günlər deyildiyi kimi desək, ermənilərin Türkiyəyə qarşı milli azadlıq hərəkatıydı.
*
- KÖÇÜRÜLMƏ: Və əlbəttə türklər bu üsyanı yatırtmaq üçün şiddətli yollara baş vurdular. Ermənilərin həssas ərazilərdən köçürülməsiylə bağlı Türk hökumətinin əmr verdiyi məlumdur. Bir qətliam qərarının verilməsinə dair isə heç bir fakt yoxdur. Tam əksinə, tam uğurlu olmasa da, bir qətliam yaşanmasının qarşısının alınmasına dair çox tutarlı faktlar vardır.
*
- QƏTLİAM: Bəli, böyük qırğınlar olub. Tam sayı məlum olmasa da, ancaq bir milyon ölüm ehtimalı var. Qətllər nizamsız qoşunların onlara etdiklərinə cavab verən yerli kəndlilər tərəfindən və başqa bir neçə başqa şəkildə həyata keçirilib.
*
- SOYQIRIM: Ancaq bunu Almaniyadakı Holokosta paralel olaraq görə bilərikmi? Yəhudilər Alman dövlətinə qarşı silahlı üsyan qaldırmışdılarmı? Almaniyaya qarşı müttəfiq qüvvələrlə əməkdaşlıq etdilərmi? Yox! Berlin və Hamburq kimi şəhərlər köçürmə sahəsindən xaric edilmişdimi? Dövlət idarələrində işləyən yəhudilər deportasiya hüdudlarından kənarda qalmışdımı? Yəhudilərin deportasiyası Almaniyada lazımi qaydada həyata keçirildiyi üçün Polşaya gəldikdə Polşa yəhudiləri tərəfindən qarşılanmış və qorunmuşdumu?
*
- ABSURD: (Əgər soyqırımla erməni hadisəsini eyni paraleldə görürsünüzsə) bunların hamısını qəbul etməlisiniz. Bu mənə absurd bir paralel kimi gəlir.
Baydenə TÜRKİYƏNİ İTİRMƏYİN NƏ DEMƏK OLDUĞU GÖSTƏRİLMƏLİDİR
Mən bunun yalnız bu mərhələdən sonra edilməsini istəyirəm:
*
Bir NEÇƏ lobbi fəaliyyətinə təslim olan Baydenə...
Türkiyəni itirməyin nə anlama gəldiyi...
Və nəyi gözə aldığı...
Onun başa düşə biləcəyi aydın şəkildə...
Göstərilməli.
BU SAATDAN SONRA HDP İLƏ BİR İŞ GÖRMƏK
- Baydenlə şərik olmaqdır.
- Türkiyəni soyqırımçı kimi qəbul etməkdir.
- Soyqırım iftirasına çiyin verməkdir.
- Amerikançılıq etməkdir.
- "Nutuk”a qarşı getməkdir.
- Tarixlə ziddiyyətdə olmaqdır.
- Atatürkə meydan oxumaqdır.
- Türkiyə məxrəcindən çıxmaqdır.