Xəbər lenti

Türk lirəsi tarixi minimumu təzələdi
Dünya15:47 19.08.2015

Türk lirəsi tarixi minimumu təzələdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir dolların 3 lirəyə (TL) yaxınlaşmasına 6 qəpik qalıb.
Oxu.Az xəbər verir ki, günə 2,89 səviyyəsində başlayan dollar/TL 2,94 aşaraq tarixi minimumu təzələyib. 
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankının ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz artımına gedəcəyini gözlədikləri ilə bağlı açıqlamasından sonra lirə dollar qarşında ucuzlaşmağa başlayıb. 
Bundan əlavə avro da lirə qarşısında bahalaşıb. 
Belə ki, indi 1 avro 3,2156 lirəyə bərabərdir.
Məlumat üçün bildirək ki, 8 iyunda keçirilən parlament seçkiləri ərəfəsində də lirə dollar qarşısında ucuzlaşmış və rekord minimuma enmişdi. 
Qaynar.info