
Türk əsgəri Əfqanıstanda qalmağa davam edəcək.
Əfqanıstanda səfərdə olan Türkiyə müdafiə naziri İsmət Yılmaz NATO qüvvələrinin çəkiləcəyi 2014-cü ildən sonra da türk əsgərlərinin bu ölkədə qalacağını söyləyib.
Türkiyə ilə Əfqanıstan arasındakı dostluğun əhəmiyyətini qeyd edən İsmət Yılmaz Əfqanıstanın Türkiyəni tanıyan ilk dövlət olduğunu xatırladıb.
Yılmaz "Biz yalnız NATO üçün Əfqanıstanda deyilik. NATO qüvvələri getdikdən sonra da Əfqanıstanda qalmağa davam edəcəyik" deyib.
Qaynar.info