Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrin İdlibdə açdığı top atəşi nəticəsində türk hərbçisi şəhid olub.
Qaynarinfo-nun verdiyi xəbərə görə, məlumatı Tükiyənin Qaziantep vilayətinin valiliyi yayıb.
"Top mərmisinin partlaması nəticəsində müqavilə əsasında hərbi xidmətdə olan tankçı Məcid Dəmir həlak olub", - deyə məlumatda bildirilir.