Türkiyənin IC İçtaş şirkəti M-11 Moskva – Sankt-Peterburq avtomobil yolunun tikintisiylə məşğul olan "İki paytaxt magistralı” kompaniyasının payçılığından çıxıb. İndi isə bu magistralda yol üçün ödənişləri yığır.
Qaynarinfo xəbər verir ki, bu barədə RBC Hüquqi şəxslərin Vahid Dövlət Reyestrinə istinadən
yazır.
IC Ictas "Rusmoststroy” vasitəsilə "İki paytaxt magistralı”nda 10,5%-ə nəzarət edib. Şirkətin mətbuat xidməti bildirib ki, "Rusmoststroy”un payının satışı marşrutun tikintisinin başa çatdırılması ilə bağlıdır. Eyni zamanda, agentliyin qeyd etdiyi kimi, marşrutun tikintisi hələ 2019-cu ildə başa çatıb, lakin əvvəllər türkiyəli podratçının payının satılması planlaşdırılmayıb.
Bazar ekspertləri hesab edirlər ki, türk səhmdarının payının satışı mümkün sanksiya təzyiqi ilə əlaqələndirilə bilər, çünki şirkətdə Rusiya bazarında payın olması türk podratçısının digər ölkələrin bazarlarında daha da genişlənməsinə mənfi təsir göstərə bilər.
Alpər
Şərhlər