Xəbər lenti

Türk qırıcıları Rusiyanın hərbi təyyarəsini qovdular
Dünya14:01 04.03.2014

Türk qırıcıları Rusiyanın hərbi təyyarəsini qovdular

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi bu gün Qara dəniz üzərində Türkiyə hava məkanına çox yaxınlaşaraq ölkənin hava sərhədləri boyu paralel uçuş həyata keçirməyə cəhd göstərib. 

APA-nın xəbərinə görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı insident barədə rəsmi məlumat yayıb.

Baş Qərargahın açıqlamasında bildirilir ki, bu gün Rusiya Federasiyasına aid “İl-20” kəşfiyyat təyyarəsi Qara dəniz üzərindəki beynəlxalq hava məkanında Türkiyə hava məkanı ilə paralel uçuş həyata keçirilib. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 8 ədəd “F-16” qırıcı-bombardmançı təyyarəsi dərhal havaya qaldırılıb. Türkiyə hərbi təyyarələrinin xəbərdarlığından sonra sərhəd pozucusu uzaqlaşıb.

Qaynar.info