
ABŞ-ın Nyu-York şəhərindəki bəzi türk dərnəkləri "Erməni yalanlarına son və şəhid diplomatları anma" mitinqi keçiriblər.
"Qaynar" CNN-ə istinadən xəbər verir ki, mitinqə azərbaycanlı nümayəndələr də qatılıb. Ermənilərin iddia etdikləri 1915-ci il soyqrımı rədd edilməklə yanaşı, "Xocalı" faciəsi və Dağlıq Qarabağ məsələsi də gündəmə gətirilib.
Aksiya iştirakçıları yollarda blanklar paylayıblar.
Qaynar.Az




