
Ermənistan Mədəniyyət Nazirliyi Türkiyənin tanınmış yazarı, kürd əslli Yaşar Kamala medal verib.
Anspress “Nevs.am” saytına istinadən xəbər verir ki, yazıçı ermənilərin mədəni irsinə göstərdiyi dərin ehtiram səbəbindən “Qriqori Narekasi” medalı ilə təltif olunub. Yazıara medal bu ilin sentyabrında Türkiyənin İstanbul şəhərində veriləcək.
Məlumata görə, Türkiyənin Ermənistanla diplomatik münasibətləri olmasa da tədbirdə rəsmi İrəvanın bəzi nümayəndələri də iştirak edəcək.
Qeyd edək ki, Yaşar Kamalın 1950-ci ildə “Axtamar” kilsəsinin rəsmi Ankara tərəfindən uçurulmasının qarşısını almaqda göstərdiyi səylərə görə təltif olunduğu bildirilir.
Qaynar.info