Xəbər lenti

Türkiyə ABŞ-ın Azərbaycanla bağlı tələbinə nə cavab verəcək? (ŞƏRH)
Siyasət 17:17 29.11.2023

Türkiyə ABŞ-ın Azərbaycanla bağlı tələbinə nə cavab verəcək? (ŞƏRH)

"Türkiyə üçün Azərbaycanla münasibətlər və bundan Ankaranın gələcəkdə götürəcəyi xeyir və dividentlər F-16-lardan qat-qat dəyərlidir”.
 
Bunu Qaynarinfo-ya politoloq Zərdüşt Əlizadə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömür Çelikin fikrini şərh edərkən deyib.

Zərdüşt Əlizadə vurğulayıb ki, ABŞ-ın Türkiyə qarşısında belə tələblə çıxış etməsi mümkündür: 
 


"ABŞ-ın öz istəyini təmin etmək üçün bu kimi tələbləri irəli sürməsi gözləniləndir. Amma burada əsas söz sahibi sözsüz ki, Türkiyədir. Türkiyədə nəzərə alırlar ki, özlərinin Azərbaycanla münasibətləri və bundan Ankaranın gələcəkdə götürəcəyi xeyir və dividentlər F-16-lardan qat-qat dəyərlidir. Ona görə də bu tələbin heç bir əhəmiyyəti olmayacaq. Türkiyə belə tələbləri qəbul edən deyil.

ABŞ Türkiyə münasibətlərinin əvvəlki dövrlərində belə Vaşinqton Ankara ilə tələb dilində danışa bilməyib. Keçən əsrin 70-ci illərində Kiprdə  türk əhalisini qırmağa, qovmağa başlamışdılar. Bu fonda ABŞ-ın yüksək çinli məmuru Ankaraya gələrək, Kipr prosesinə qarışmamağı tələb etdi. Amma Türkiyənin o zamankı baş naziri Bülənt Ecevit türkləri qorumaq üçün Türkiyə ordusunun Kiprə daxil olmasını həyata keçirdi. Nəticədə, Şimali Kipr Türk Cümhuriyyəti yarandı. Bu, Türkiyənin Amerikanın tələblərinə münasibətidir. Həmin dövrdə Türkiyə indikindən qat-qat zəif idi. Odur ki, Türkiyə belə mənasız imperalist tələblərə fikir verməyəcək”. 

Qeyd edək ki, AKP sözçüsü Ömer Çelik mətbuat konfransında ABŞ-ınTürkiyədən Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb etdiyini deyib. Onun sözlərinə görə, Vaşinqton bunu Türkiyəyə F-16-ın göndərilməsi müqabilində şərt olaraq irəli sürüb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->