
Ankara ABŞ-la münasibətlərinə yenidən baxılması məsələsini gündəmə gətirə bilər. "Qaynarinfo.Az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Binəli Yıldırım Nazirlər Kabinetinin iclasında deyib.
"Ankara müxalifətçi dini lider Fətullah Gülənin Türkiyəyə verilməməsi səbəbindən ABŞ-la dostluq münasibətlərinə yenidən baxa bilər. Bizimlə həmrəylik nümayiş etdirən bütün dostlara təşəkkür etmişik. ABŞ bizim dostumuzdur, strateji müttəfiqimizdir. Lakin mən ABŞ rəhbərliyinə deyirəm: burada qlobal təhlükə var, qanuni hakimiyyəti devirmək cəhdi var, ölkədə xalq iradəsini məhv etməyə göstəriş verilməsi var, burada heç bir din və dini dəyər yoxdur. Onlara daha hansı sübutlar lazımdır? Əgər bütün olanlara baxmayaraq, bizim dostlarımız sübut tələb edəcəklərsə, biz bundan çox üzüləcəyik və dostluğumuza yenidən baxmaq məsələsi gündəmə gələ bilər".