Xəbər lenti

Türkiyə 4 şəhid verdi, 4 əsgər yaralandı (YENİLƏNİB)
Dünya15:52 22.03.2018

Türkiyə 4 şəhid verdi, 4 əsgər yaralandı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Suriyanın Afrin şəhərində əldəqayırma bombanın partlaması nəticəsində Türkiyənin 3 əsgəri şəhid olub, 3-ü isə yaralanıb. 
Qaynarinfo xəbər verir ki, məlumatı Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 
Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib. 
Bundan başqa, Türkiyənin Bitlis əyalətində PKK terroçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər şəhid olub, biri isə yaralanıb. Yaralı əsgər Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı" adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub.