Xəbər lenti

Türkiyə Afrində neçə şəhid verib?
Dünya09:34 02.03.2018

Türkiyə Afrində neçə şəhid verib?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə milli müdafiə naziri Nurəddin Canikli Afrində bu günə qədər Türkiyə ordusunun 41 üzvünün şəhid olduğunu açıqlayıb.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Milli Müdafiə Universitetində təşkil edilmiş tədbirdə çıxış edən nazir açıqlamasında aşağıdakı fikirləri səsləndirib:
"615 kvadrat kilometr məsafədə 95 yaşayış məntəqəsi və 28 strateji nöqtədə nəzarət təmin edilib. Əməliyyat nəticəsində təəssüf ki, 41 TSQ və 116 Azad Suriya Ordusunun üzvü olmaqla, ümumilikdə 157 şəhidimiz var. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Əməliyyat başlayandan bəri azı 2295 terrorçu zərərsizləşdirilib".
Gülşən