Xəbər lenti

Türkiyə “Azov” komandirlərinin qaytararkən Kiyevə şərt irəli sürübmü?
Dünya10:51 10.07.2023

Türkiyə “Azov” komandirlərinin qaytararkən Kiyevə şərt irəli sürübmü?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə Mariupolun müdafiə komandirlərinin geri qaytarılması ilə bağlı Kiyevə heç bir şərt irəli sürməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bazar ertəsi, iyulun 10-da "Azadlıq” radiosuna müshibəsində bildirib. 
"Bu, prezident Zelenskinin başçılıq etdiyi böyük komandanın işinin və səfərin birbaşa nəticəsidir, çünki ən razılaşmalar yüksək səviyyədə əldə olunub, lakin hazırlıq işləri bir neçə ay davam edib”, - deyə səfir bildirib.
Səfir Bodnar bildirib ki, bu prosesdə "prezident Zelenskinin bütün diplomatik avanqardı” iştirak edib.
Onun sözlərinə görə, Ankara belə əməliyyatda maraqlıdır, çünki bu yolla beynəlxalq aləmdə mövqelərini möhkəmləndirirlər.
Xatırladaq ki, şənbə günü, iyulun 8-də Ukrayna prezidenti Volodimir Zelenski "Azovstal” qarnizonunun beş komandirinin evə qayıtdığını elan edib. Zelenski onları İstanbul hava limanında qarşılayıb, axşam isə Lvova çatıblar.
Razılaşmalara əsasən, 2022-ci ilin sentyabrında Ukrayna və Rusiya arasında genişmiqyaslı əsir mübadiləsindən sonra beş komandir "prezident Rəcəb Tayyib Ərdoğanın şəxsi mühafizəsi altında” Türkiyədə olub. Onlar Rusiya əsirliyindən azad edildikdən sonra ölkədə doqquz aydan çox vaxt keçiriblər.
Nizami Bağırov