Xəbər lenti

Türkiyə "boz siyahı"dan çıxmaq üçün kriptoaktivlərin tənzimlənməsini sərtləşdirir
Dünya09:56 01.11.2023

Türkiyə "boz siyahı"dan çıxmaq üçün kriptoaktivlərin tənzimlənməsini sərtləşdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyə çirkli pulların yuyulması ilə mübarizə üzrə beynəlxalq işçi qrupunu (FATF) "boz siyahı”dan çıxarmağa inandırmaq üçün kriptoaktivlərlə bağlı yeni qanunvericilik aktı hazırlayır. 
Qaynarinfo bu barədə "Reuters"ə istinadən xəbər verir.
Qeyd olunur ki, FATF 2021-ci ildə Türkiyəni çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün kifayət qədər tədbirlər görməyən ölkələrin "boz siyahısı” adlanan siyahıya salıb.
Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib ki, FATF-in hesabatında Türkiyə nəzarət təşkilatının 40 standartından biri istisna olmaqla, hamısına tam uyğun gəlir.
"Texniki uyğunluq çərçivəsində qalan yeganə məsələ kriptoaktivlərlə bağlı işdir. Kriptoaktivlər haqqında qanun layihəsini ən qısa zamanda parlamentə təqdim edəcəyik. Əgər digər siyasi mülahizələr olmasa, bundan sonra Türkiyənin "boz siyahı”da qalması üçün heç bir səbəb olmayacaq", deyə Şimşək bildirib.
Nəşr əlavə edir ki, Şimşək planlaşdırılan qanunvericilik dəyişikliyi ilə bağlı başqa təfərrüat verməyib.
Xatırladaq ki, Sinqapurda keçirilən üç günlük iclasdan sonra Beynəlxalq çirkli pulların yuyulmasına qarşı mübarizə qrupu (FATF) gücləndirilmiş monitorinq tələb edən ölkələrin "boz siyahısına” Aİ üzvü olan Bolqarıstanı da əlavə etmək qərarına gəlib.
Nizami Bağırov